https://news.day.az/azerinews/1856362.html Britaniyanın 3 aeroportu irimiqyaslı kiberhücuma məruz qalıb Böyük Britaniyada Mançester, Şərqi Midlend və Londonun Stensted hava limanları kiberhücuma məruz qalıb. Nəticədə hakerlər təxminən 8,7 milyon müştərinin məlumatlarına çıxış əldə ediblər. Day.Az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Britaniyanın 3 aeroportu irimiqyaslı kiberhücuma məruz qalıb

Azərbaycanca, 27 августа 2026 18:42 (UTC +04:00) 116
Britaniyanın 3 aeroportu irimiqyaslı kiberhücuma məruz qalıb

Böyük Britaniyada Mançester, Şərqi Midlend və Londonun Stensted hava limanları kiberhücuma məruz qalıb. Nəticədə hakerlər təxminən 8,7 milyon müştərinin məlumatlarına çıxış əldə ediblər.

Day.Az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

"Bu üç hava limanını idarə edən "Manchester Airports Group" (MAG) şirkəti bildirib ki, kiberhücum həyata keçirmiş şəxslər istifadəçilərin elektron poçt ünvanlarını, telefon nömrələrini, avtomobillərin qeydiyyat nömrələrini və poçt indekslərini ələ keçiriblər", - deyə materialda qeyd olunur.

Bildirilib ki, insident avtomobil dayanacağında yer rezervasiyası, biznes zallarına giriş, təhlükəsizlik yoxlamasından sürətli keçid xidmətləri və hava limanlarının ərazisindəki Wi-Fi şəbəkələrində qeydiyyatla bağlı məlumatlara təsir edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости