https://news.day.az/azerinews/1857275.html Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb 44 günlük Vətən müharibəsinin başa çatmasından indiyədək ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi minalardan təmizlənib və 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Azərbaycanca, 2 сентября 2026 10:29 (UTC +04:00) 212
Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

44 günlük Vətən müharibəsinin başa çatmasından indiyədək ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi minalardan təmizlənib və 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans zamanı deyib.

O qeyd edib ki, bu rəqəmlərin arxasında yalnız əməliyyat nəticələri dayanmır.

"Bu rəqəmlər yenidən istifadəyə verilmiş yolları, yenidən qurulmuş kəndləri, bərpa edilmiş elektrik xətlərini, istifadəyə qaytarılmış kənd təsərrüfatı sahələrini və insanların doğma torpaqlarına qayıtmasına yaradılmış imkanları ifadə edir",- deyə sədr əlavə edib

V.Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib.

"Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103 min hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib",- deyə o vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости