https://news.day.az/azerinews/1861630.html “Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan "Ermənistan Respublikası "xəyallarımızın vətənidir" və başqa vətən haqqında arzulamağa ehtiyac yoxdur". Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş çıxışında bəyan edib:

“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan

Azərbaycanca, 22 сентября 2026 00:23 (UTC +04:00) 289
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq”

"Ermənistan Respublikası "xəyallarımızın vətənidir" və başqa vətən haqqında arzulamağa ehtiyac yoxdur".

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş çıxışında bəyan edib:

"İndi Ermənistanı inkişaf etdirmək, onu daha müstəqil, güclü, ədalətli və təhlükəsiz edərək gələcək nəsillərə ötürmək lazımdır. Biz bir daha heç vaxt müstəqillik və başqa dövlət haqqında xəyal qurmamalıyıq. Hər il, hər gün dövlətə sahibi olmağın nə demək olduğunu, vətəndaş olmağın nə mənaya gəldiyini daha yaxşı öyrənməliyik. Çünki bu gün Ermənistan müstəqilliyin 35-ci ildönümünü sülh şəraitində qeyd edir".

Xatırladaq ki, Ermənistan sentyabrın 21-də müstəqillik gününü qeyd edir. 1991-ci ilin həmin günündə keçirilmiş referendumda iştirak edənlərin əksəriyyəti SSRİ tərkibindən çıxaraq müstəqil, demokratik dövlətin qurulmasının lehinə səs vermişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости