https://news.day.az/azerinews/1861706.html Xəzərdə iki yeni balıq növü kəşf olunub Rusiya alimləri Xəzər hövzəsində - Azərbaycanın və Qazaxıstanın sahilləri yaxınlığında, eləcə də Volqa deltasında və Şərqi Manyç çayında əvvəllər elmə məlum olmayan iki yeni xul balıq növü aşkar ediblər. Day.Az xəbər verir ki, bu barədə Rusiya Elmi Fondunun Mətbuat xidməti məlumat yayıb.

Xəzərdə iki yeni balıq növü kəşf olunub

Azərbaycanca, 22 сентября 2026 11:55 (UTC +04:00) 152
Xəzərdə iki yeni balıq növü kəşf olunub

Rusiya alimləri Xəzər hövzəsində - Azərbaycanın və Qazaxıstanın sahilləri yaxınlığında, eləcə də Volqa deltasında və Şərqi Manyç çayında əvvəllər elmə məlum olmayan iki yeni xul balıq növü aşkar ediblər.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Elmi Fondunun Mətbuat xidməti məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılan genetik analiz nəticəsində müəyyən edilib ki, Xəzər dənizində iki deyil, üç növ iribaş xul , Xəzər hövzəsində isə əvvəllər məlum olan altı növ əvəzinə ən azı yeddi növ mərmər xul növü yaşayır.

Yeni növlərdən birinə Xəzər "puqolovka" (çömçəbalığı) adı verilib. Bu növ Qazaxıstan sahillərində aşkar edilib. Hazırda alimlər bu balığın cəmi iki fərdini aşkar edə biliblər.

İkinci yeni növ skif mərmər xulu adlandırılıb. Genetik tədqiqat onun Qara dənizdə yaşayan xul növləri ilə qohumluğunu göstərib. Alimlərin sözlərinə görə, bu, təxminən 2,1 milyon il əvvəl Qara dənizlə Xəzər dənizi arasında mövcud olmuş əlaqənin göstəricisidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости