https://news.day.az/azerinews/1863727.html “HÜRKUŞ-II” təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb - FOTO "HÜRKUŞ-II" təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Turkish Aerospace" nümayəndəsi məlumat verib. Qeyd edib ki, bu təyyarə daha öncə başqa ölkələrə də ixrac edilib.

“HÜRKUŞ-II” təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb - FOTO

Azərbaycanca, 30 сентября 2026 16:35 (UTC +04:00) 209
“HÜRKUŞ-II” təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb

"HÜRKUŞ-II" təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Turkish Aerospace" nümayəndəsi məlumat verib.

Qeyd edib ki, bu təyyarə daha öncə başqa ölkələrə də ixrac edilib.

"Ötən günlərdə də fərqli bir versiyasını Hərbi Hava Qüvvələrinə, Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verdik",- deyə o əlavə edib.

Xatırladaq ki, "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

Ümumilikdə, "ADEX" və "Securex Caspian" sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.

Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.

"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.

  • “HÜRKUŞ-II” təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости