https://news.day.az/azerinews/1874683.html “Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib "Bir pəncərə" informasiya sistemi haqqında əsasnamə təsdiq edilib. Day.Az AZƏRATC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Xəbər yenilənəcək

“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib

Azərbaycanca, 16 ноября 2026 13:39 (UTC +04:00) 220
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib

""Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Belə ki, Əsasnamə "Bir pəncərə" informasiya sisteminin (bundan sonra - informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Sənədə əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.

Müvafiq dövlət qurumları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости