https://news.day.az/azerinews/1864020.html ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub - FOTO "Azərsilah Holding"ə daxil olan "Zireh" MMC tərəfindən ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub. Day.Az Trend-ə istinadən xəbər verir ki, silah tənzimlənə bilən teleskopik qundaqla təchiz edilib.

ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub - FOTO

Azərbaycanca, 1 октября 2026 17:45 (UTC +04:00) 223
ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub

"Azərsilah Holding"ə daxil olan "Zireh" MMC tərəfindən ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, silah tənzimlənə bilən teleskopik qundaqla təchiz edilib.

"MB-24000" adlanan bu sistem hava hücumundan müdafiə məqsədilə, yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkar olunması və məhv edilməsi üçün nəzərdə tutulub.

Sistem üzərində yerləşən 8 kilometrə qədər təsir radiusuna malik radar və kamera sistemləri vasitəsilə hədəfləri aşkar etmək və izləmək mümkündür. Keçirilən sınaqlar zamanı 3-4 kilometrə yaxın məsafədə olan kiçik hədəflər uğurla aşkar olunaraq zərərsizləşdirilib.

Lazer sistemi hədəflərin effektiv izlənməsi üçün süni intellekt əsaslı texnologiya ilə təchiz edilib.

  • ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub
  • ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub
  • ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub
  • ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости