https://news.day.az/azerinews/1867059.html Rusiyada internetə daxil olmaq çətinləşib - Kremldə müşavirə keçiriləcək Oktyabrın 14-də Rusiyanın müxtəlif regionlarında internet xidmətlərinin, bank tətbiqlərinin və mobil operatorların saytlarının işində genişmiqyaslı fasilələr yaranıb.

Rusiyada internetə daxil olmaq çətinləşib - Kremldə müşavirə keçiriləcək

Azərbaycanca, 14 октября 2026 18:04 (UTC +04:00) 556
Rusiyada internetə daxil olmaq çətinləşib

Oktyabrın 14-də Rusiyanın müxtəlif regionlarında internet xidmətlərinin, bank tətbiqlərinin və mobil operatorların saytlarının işində genişmiqyaslı fasilələr yaranıb.

Day.Az xəbər verir ki, "Detector.404" və "DownDetector" portallarının məlumatına görə, istifadəçilər "Mail.ru", "Ozon", "Toçka Bank", "Alfa-Bank", "Yandeks" xidmətləri, eləcə də "Bilayn", MTS, "Meqafon" və "Tele2" mobil operatorlarının işində problemlərlə üzləşiblər. Şikayətlər əsasən Moskva, Sankt-Peterburq, Moskva, Leninqrad və Samara vilayətlərindən daxil olub.

Nasazlıqlar səhifələrin yüklənməsinə, şəxsi kabinetlərə girişə, elektron poçt göndərilməsinə və ödənişlərin həyata keçirilməsinə təsir edib. Problemlərin səbəbi açıqlanmayıb.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də informasiya təhlükəsizliyi məsələlərinə dair müşavirə keçirəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşdə iqtisadiyyatın əsas sektorlarının informasiya təhlükəsizliyinə təhdidlərə hazırlığı və risklərin azaldılması tədbirləri müzakirə olunacaq.

Peskov müşavirənin məlumat mərkəzlərinə edilən hücumlarla bağlı olmadığını, daha sistemli xarakter daşıdığını bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости