Səhiyyə Nazirliyində yeni təyinat
Səhiyyə Nazirliyinə yeni mətbuat katibi təyin olunub.
Day.Az Lent.az-a istinadən xəbər verir ki, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.
Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib./bakupost.az
Xatırladaq ki, 2018-ci ildən Səhiyyə Nazirliyinin mətbuat katibi çalışan Pərviz Abubəkirov dünən vəzifəsindən uzaqlaşdırılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре