https://news.day.az/azerinews/1870619.html Səhər yeməyini daha faydalı etməyin sadə yolu açıqlanıb Livanlı diyetoloq Batul Tormos səhər yeməyini daha sağlam etmək üçün Aralıq dənizi pəhrizinin prinsiplərindən yararlanmağı tövsiyə edib. O, qidalanmada tərəvəzlərə, paxlalılara və zeytun yağına üstünlük verməyin vacibliyini vurğulayıb.

Səhər yeməyini daha faydalı etməyin sadə yolu açıqlanıb

Azərbaycanca, 30 октября 2026 02:19 (UTC +04:00) 351
Səhər yeməyini daha faydalı etməyin sadə yolu açıqlanıb

Livanlı diyetoloq Batul Tormos səhər yeməyini daha sağlam etmək üçün Aralıq dənizi pəhrizinin prinsiplərindən yararlanmağı tövsiyə edib. O, qidalanmada tərəvəzlərə, paxlalılara və zeytun yağına üstünlük verməyin vacibliyini vurğulayıb.

Day.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, gündəlik menyuda tam taxıllı məhsullara, qoz-fındığa və toxumlara da yer verilməlidir. Bu yanaşma mövcud qidalanma vərdişlərini tamamilə dəyişmədən daha sağlam seçimlər etməyə imkan verir.

Diyetoloq, həmçinin emal olunmuş ət məhsullarının, şəkərin və sənaye üsulu ilə yüksək dərəcədə emal edilmiş qidaların istehlakını azaltmağı məsləhət görüb. Onun fikrincə, bu prinsipləri gündəlik qidalanmaya daxil etmək daha balanslı rasion formalaşdırmağa kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости