https://news.day.az/azerinews/1871404.html Hindistana dağıdıcı siklon yaxınlaşır - 30 min insan təxliyə olunacaq Hindistanın cənub-şərqində yerləşən Andhra Pradeş ştatında yaxınlaşan "Murasu" siklonu ilə əlaqədar təxminən 30 min nəfərin təxliyəsi planlaşdırılır. Day.Az xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar İdarəsinin məlumatında bildirilir.

Hindistana dağıdıcı siklon yaxınlaşır - 30 min insan təxliyə olunacaq

Azərbaycanca, 2 ноября 2026 14:17 (UTC +04:00) 278
Hindistana dağıdıcı siklon yaxınlaşır

Hindistanın cənub-şərqində yerləşən Andhra Pradeş ştatında yaxınlaşan "Murasu" siklonu ilə əlaqədar təxminən 30 min nəfərin təxliyəsi planlaşdırılır.

Day.Az xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar İdarəsinin məlumatında bildirilir.

Hindistan Meteorologiya Departamenti ştatın sahilboyu ərazilərində güclü yağışlar və küləyin şiddətli əsintisi ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edib. Siklonun noyabrın 3-nə keçən gecə quruya çatacağı gözlənilir. Təbii fəlakət Tamilnad və Odişa ştatlarına da təsir göstərəcək. Bir sıra şəhərlərdə məktəblərdə dərslər dayandırılıb.

Hindistanın Milli Təbii Fəlakətlərə Reaksiya Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Murasu" siklonu Andhra Pradeşə beş nəfərin ölümünə səbəb olan digər güclü "Arnab" siklonundan bir həftə keçməmiş çatacaq. Həmin vaxt Andhra Pradeş və Odişa ştatlarının sahilboyu ərazilərindən 180 mindən çox insan təxliyə edilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости