https://news.day.az/azerinews/1871470.html Əsgərliyə getməmək üçün özünə xəsarət yetirən 5 nəfər barəsində cinayət işi açıldı Bu ilin iyul və oktyabr çağırışları dövründə hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi başlanıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.

Əsgərliyə getməmək üçün özünə xəsarət yetirən 5 nəfər barəsində cinayət işi açıldı

Azərbaycanca, 2 ноября 2026 16:22 (UTC +04:00) 253
Əsgərliyə getməmək üçün özünə xəsarət yetirən 5 nəfər barəsində cinayət işi açıldı

Bu ilin iyul və oktyabr çağırışları dövründə hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi başlanıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cinayət işləri Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə başlanıb. Hazırda istintaq aparılır.

Məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özlərinə xəsarət yetirərək psixi və nevrotik pozuntuları simulyasiya etməklə, həmçinin tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.

Hərbi Prokurorluq xatırladıb ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur. Üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməmək cinayət məsuliyyətinə səbəb olur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости