https://news.day.az/azerinews/1871479.html
136 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli "Metadon M-40" həbinin keçirilməsinin qarşısı alınıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
136 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli "Metadon M-40" həbinin keçirilməsinin qarşısı alınıb.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç halda həmin narkotik vasitələr və həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре