https://news.day.az/azerinews/1871555.html “Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - VİDEO Bakıda yerləşən "Amay" Ticarət Mərkəzinin binasının dam örtüyündəki dəmir konstruksiyaların yararsız vəziyyətdə olması ətrafda yaşayanları və ərazidən keçənləri narahat edir. Xüsusilə küləkli havalarda konstruksiyaların qoparaq insanların və avtomobillərin üzərinə düşmə ehtimalı var.

“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - VİDEO

Azərbaycanca, 2 ноября 2026 23:02 (UTC +04:00) 266
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır

Bakıda yerləşən "Amay" Ticarət Mərkəzinin binasının dam örtüyündəki dəmir konstruksiyaların yararsız vəziyyətdə olması ətrafda yaşayanları və ərazidən keçənləri narahat edir. Xüsusilə küləkli havalarda konstruksiyaların qoparaq insanların və avtomobillərin üzərinə düşmə ehtimalı var. Odur ki, vətəndaşlar aidiyyəti qurumların ərazidə təhlükəsizlik tədbirləri görməsini istəyirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, binanın alt hissəsində olan obyekt və müəssisələrə görə əraziyə insan və avtomobil axını çox olur. Sakinlər deyirlər ki, damın bu vəziyyədə olması risklidir.

Yaxınlıqda olan parklanma zonasında  avtomobillərini saxlayan sürücülər də yaranmış vəziyyətdən narahatdırlar.

Məsələ ilə bağlı "Amay" Ticarət Mərkəzindən bildirildi ki, hazırda təmir- bərpa işlərinə başlanlıb. Problem olan yerlər nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости