https://news.day.az/azerinews/1871775.html SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib - FOTO SOCAR və "KazMunayGas" Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınmasını genişləndirməyi müzakirə edib. Day.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib - FOTO

Azərbaycanca, 3 ноября 2026 17:29 (UTC +04:00) 302
SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib

SOCAR və "KazMunayGas" Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınmasını genişləndirməyi müzakirə edib.

Day.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər SOCAR ilə "KazMunayGas" arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Xatırladaq ki, bu il iyunun 1-də də "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə əlaqələrin uğurlu inkişaf etdiyi qeyd olunub, SOCAR ilə "KazMunayGas" şirkəti arasında formalaşmış əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyi bildirilib və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər üçüncü ölkələrdə birgə investisiya imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

  • SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib
  • SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib
  • SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib
  • SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости