https://news.day.az/azerinews/1874576.html Bakıda güclü külək ağacı aşırdı, iki sakin evdə köməksiz qaldı - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Bakıda güclü külək ağacı aşırdı, iki sakin evdə köməksiz qaldı - VİDEO

Azərbaycanca, 16 ноября 2026 00:44 (UTC +04:00) 337
Bakıda güclü külək ağacı aşırdı, iki sakin evdə köməksiz qaldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşyayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости