https://news.day.az/azerinews/1876169.html İlham Zəkiyev Misirdə keçirilən Qran-Pri yarışının bürünc medalını qazanıb Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri yarışında bürünc medal əldə edib. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. İdmançımız J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparıb.

İlham Zəkiyev Misirdə keçirilən Qran-Pri yarışının bürünc medalını qazanıb

Azərbaycanca, 21 ноября 2026 20:30 (UTC +04:00) 118
İlham Zəkiyev Misirdə keçirilən Qran-Pri yarışının bürünc medalını qazanıb

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri yarışında bürünc medal əldə edib.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

İdmançımız J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparıb.

 

İlham Zəkiyev 1/8 final mərhələsində britaniyalı Den İnqliş üzərində qələbə qazansa da, 1/4 finalda moldovalı İan Basokaya məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu məğlub edən idmançımız bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbek üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости