https://news.day.az/azerinews/778669.html Azərbaycanda erməni təxribatına qarşı cinayət işi BAŞLANDI

Azərbaycanda erməni təxribatına qarşı cinayət işi BAŞLANDI

Azərbaycanca, 9 мая 2016 11:16 (UTC +04:00) 629
Azərbaycanda erməni təxribatına qarşı cinayət işi

Day.Az представляет новость на азербайджанском языке

Bu ilin aprel ayı ərzində erməni silahlı birləşmələrinin cəbhə bölgəsində törətdiyi təxribatlarla bağlı cinayət işi başlanıb.

Day.Az bildirir ki, bu barədə Trend-ə Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

X.Vəliyev bildirib ki, erməni hərbçilərinin aprel ayının 2-dən 5-ədək təmas xəttində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Silhalı Qüvvələrinin hərbçiləri şəhid olub. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprelin 1-dən 2-ə keçən gecədən etibarən aprelin 5-dək cəbhə bölgəsində erməni hərbi birləşmələrinin törətdiyi təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin həbçiləri şəhid olmuşdu. Hadisə nəticəsində ermənistan silahlı birləşmələri xeyli itki verərək geri çəkilmək məcburiyyətində qalmışdılar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости