Erməni əsgər: "Döyüşlər zamanı zirzəmidə gizlənmişdik"

Day.Az представляет новость на азербайджанском языке
20 yaşlı erməni əsgər Xaçatur Naapetyan və onun əsgər yoldaşı Qarabağda aprel ayında baş vermiş dördgünlük savaş ilə bağlı təəssüratlarını bölüşüb.
Day.Az azvision.az-a bildirir ki, əsgər Naapetyan erməni KİV-nə verdiyi müsahibəsində döyüşlər zamanı Talış kəndində evlərdən birinin zirzəmisində gizləndiyini etiraf edib.
O, bildirib ki, döyüşlər zamanı Talış kəndinin sakinləri öz evlərini tərk ediblər. Naapetyanın sözlərinə görə, kəndi qoruyan erməni əsgərlərin yarıdan çoxu döyüşlər zamanı yaralanıb.
Erməni əsgər aprel döyüşləri zamanı hərbi yoldaşları ilə əlaqə yarada bilmədiyini söyləyib: "Gizləndiyimiz zirzəminin hündürlüyü 1,5 metrdən çox idi. Yaralı vəziyyətdə yuxusuz və qida olmadan yarım gün zirzəmidə qaldım".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре