Ərdoğanı öldürmək istəyən 11 hərbçi həbs edildi

Day.Az представляет новость на азербайджанском языке

---------
16:12

Milli.Az DHA-ya istinadən bildirir ki, iyulun 15-də, gecə saatlarında Marmarisə yollanaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum çəkən xüsusi təyinatlı hərbçilərin ("bordo berelilər") 11 nəfəri Marmarisin Ula rayonundakı Şirinköy kəndinin ətrafındakı meşəlikdə ələ keçiblər.

Enes Yılmaz, Ergün Şahin, İsmail Yiğit, Mehmet Demir, Muhammet Burak İpek, Murat Köse, Şükrü Seymen, Bahadır Sagun, Mehmet Öztürk, Mustafa Serdar Özay və Muammer Gözübüyük bu gün Muğla Polis İdarəsinə aparılıblar.

Onlar ilkin ifadələrində bildiriblər ki, qaçıb gizləndikləri, meşədə yaşadıqları günlər ərzində şəkər, ərik, qaysı, qarğıdalı, yetişməmiş portağal və narıngi yeməklə günlərini keçiriblər.

----------
11:47

Türkiyədə 15 iyul hadisələri zamanı ölkə başçısı Rəcəb Tayyip Ərdoğanı öldürmək üçün göndərilmiş hərbçilərdən 11-i həbs edilib.

Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, baş tutmayan sui-qəsd planından sonra meşəyə qaçan əsgərlərdən 9-u Muğlanın Ula rayonu ərazisində xüsusi əməliyyat nəticəsində yaxalanıb. Digər iki hərbçi isə səhər saatlarında tutulub. Hazırda prezidentə sui-qəsd etmək istəyən 12 nəfərlik qrupun sonuncu üzvünün yaxalanması istiqamətində iş aparılır.

Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd etməyi planlaşdıran və bu gecə yaxalanan hərbçilərin adları məlum olub. Bunlar, Enes Yılmaz, Ergün Şahin, İsmail Yiğit, Mehmet Demir, Məhəmməd Burak İpek, Murat Köse, Şükrü Seymen, Bahadur Sagun, Mehmet Öztürk, Mustafa Serdar Özay və Muammer Gözüböyükdür.

Qeyd edək ki, fərari hərbçilərin yaxalanması əməliyyatı zamanı hər hansı silahlı qarşıdurma baş verməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.