"Hökumət qiymətlərin artmaması üçün vacib tədbirlər görür"

Day.Az представляет новость на азербайджанском языке

"Hökumət tərəfindən qiymətlərin artmaması üçün vacib olan tədbirlər görülür".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov söyləyib.

Ə.Əhmədov bildirib ki, bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik:

"Hökumət tərəfindən qiymətlərin sürətlə artmaması üçün vacib olan tədbirlər görülür. Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsinin Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənaram. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.