https://news.day.az/azerinews/876197.html Putin Ərdoğanla Karlovun qətlini müzakirə edəcək

Putin Ərdoğanla Karlovun qətlini müzakirə edəcək

Azərbaycanca, 9 марта 2017 15:46 (UTC +04:00) 1 050
Putin Ərdoğanla Karlovun qətlini müzakirə edəcək

Day.Az представляет новость на азербайджанском языке

Rusiya Prezidenti Vladimir Putin martın 10-da Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Andrey Karlovun qətlinin istintaqını da müzakirə edəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov qeyd edib ki, dövlət başçılarının görüşünün gündəliyi kifayət qədər genişdir: "Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Tərəflər ticari-iqtisadi əməkdaşlığı, "Türk axını", "Akkuyu" AES kimi layihələrin icrasını, Suriya böhranını, eləcə də Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı aparılan istintaq işini də müzakirə edəcəklər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости