Əli Əhmədov: "Azərbaycanda tikinti sektoru investisiya yatırımı baxımından ikinci yeri turur"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çöx investisiya qoyulub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, tikinti sektoru əmək bazarında əhəmiyyətli yer tutur.

Baş nazirin müavini bildirib: "2016-cı ildə ölkə iqtisadiyyatına yatırılmış 15 milyard manat investisiyanın 11,4 milyard manatı tikinti sektoruna yönəldilib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.