https://news.day.az/azerinews/916758.html 61 yaşlı kişi canavarı boğub öldürdü - VİDEO Day.Az представляет новость на азербайджанском языке Canavar Salyan sakininə hücum çəkib. Müxtəlif dərəcəli xəsarətlər alan kənd sakini canavarı boğaraq öldürüb. Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Xıdırlı kəndi ərazisində baş verib.

61 yaşlı kişi canavarı boğub öldürdü - VİDEO

Azərbaycanca, 20 июля 2017 22:06 (UTC +04:00) 4 156
61 yaşlı kişi canavarı boğub öldürdü

Day.Az представляет новость на азербайджанском языке

Canavar Salyan sakininə hücum çəkib. Müxtəlif dərəcəli xəsarətlər alan kənd sakini canavarı boğaraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Xıdırlı kəndi ərazisində baş verib. Kənd sakini 61 yaşlı Rəcəb Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb. Elə bu zaman canavarın qoyunlara yaxınlaşdığını görən kənd sakini əlində ağacla onu uzaqlaşdırmaq istəyib. Bu zaman canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.

Canavar yenidən hücum edərək Rəcəb Qədirovun üz nahiyyəsini dişləyərək onu yerə yıxıb. Kənd sakini xəsarət alsa da özünü itirməyib.

Rəcəb Qədirov canavarı boğub öldürdükdən sonra yaxınlıqdakı nəzarətçilərə yaxınlaşaraq dostuna zəng etmələrini xahiş edib. Nəhayət o, dostunun köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hazırda stabil olaraq qalır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости