Özünü Nazpəri Dostəliyeva kimi təqdim edib pul qazanan müğənninin yalanı efirdə ifşa olundu - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Dünən "5/5" verilişinin qonaqlarından biri qadın ifaçı Afət Fərmanqızı olub.
Milli.Az-ın məlumatına görə, verilişin aparıcısı Zaur canlı yayımda Afətin bənzədiyi deyilən xalq artisti Nazpəri Dostəliyevayla bağlı böyük bir yalanının üstünü açıb.
Aparıcı ilə müğənninin sözügedən olay ətrafında baş tutan dialoqunu təqdim edirik:
"Harada olub o? Toyda yaxşı pul töküblər başına. Sonra demisən ki, mən Nazpəri xanım deyiləm, mən Afətəm".
- (Gülür) Hə. Çoxdan olub o. Rusiyanın Soçi şəhərində olmuşdu.
Bildirmədin ki, Afətəm?
- Sən olsan bildirərsən?! Bu adam həvəsə gəlib, pulları səpir. Hələ avtoqraf alır. Yoldaşına da zəng edib ki, Nazpəri xanımla danış. Onda artıq açdım, dedim. Ta bu qədər yalan olmazdı da. Dedim ki, mən Nazpəri xanım deyiləm, Afətəm.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре