https://news.day.az/azerinews/969655.html Hərbi qulluqçumuz şəhid olub - YENİLƏNİB Day.Az представляет новость на азербайджанском языке --------- 17:31 Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək. Day.Az report.az-a istinadən bildirir ki, dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək.

Hərbi qulluqçumuz şəhid olub - YENİLƏNİB

Azərbaycanca, 19 января 2018 17:31 (UTC +04:00) 1 531
Hərbi qulluqçumuz şəhid olub

Day.Az представляет новость на азербайджанском языке

---------
17:31

Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.

Day.Az report.az-a istinadən bildirir ki, dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.

İ.Mənəfov ali təhsilli olub. O,  2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib. 

---------
16:40

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости