Hər kəs yolunu "Ana harayı" abidəsindən saldı

Day.Az представляет новость на азербайджанском языке

Hər il olduğu kimi Xocalı, o cümlədən paytaxt sakinləri, dövlət və hökümət nümayəndələri faciə qurbanlarının xatirəsini yad ediblər. Day.Az bildirir ki, dünəndən başlayaraq bu gün axşam saatlarına qədər insanlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Ana Harayı abidəsini ziyarət ediblər.

Xocalı şahidləri deyir ki, 26 il əvvəl yaşadıqları dəhşətli anlar onların yaddaşlarından silinə bilməz. Xocalılar həmin hadisəni ürək ağrısı və göz yaşları ilə xatırlayır.

Qeyd edək ki, Xocalı faciəsi 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli soyqrımlardan biridir. Artıq, bu dəhşətli hadisənin soyqırım olmasını bir sıra ölkələr dəstəkləyiblər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Hər kəs yolunu