ABŞ-ın "News Blaze" nəşri Xocalı soyqırımından yazıb

Day.Az представляет новость на азербайджанском языке
Amerikanın "News Blaze" nəşri jurnalist və publisist Nurit Qrinqerin "XXI əsrdə dünyanın xroniki xəstəliyi" sərlövhəli məqaləsini dərc edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə Xocalı soyqırımından, bu kütləvi qətliamın günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir. Müəllif yazır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə basqın etdilər və fərqinə varmadan günahsız insanları, o cümlədən qadın, uşaq və qocaları güllələdilər. 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi.
Qrinqer qeyd edir ki, Azərbaycanın yaşayış məntəqələrinin işğalı zamanı erməni əsgərləri xüsusi amansızlıq göstəriblər. Belə epizodlardan biri "Human Rights Watch" hüquq müdafiəsi təşkilatının "Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı" kimi səciyyələndirdiyi dəhşətli Xocalı qırğınıdır. Suriya, Nigeriya, Myanmadakı kütləvi qırğınları sadalayan ekspert dünya ictimaiyyətinin, məhz Birləşmiş Millətlər Təşkilatının fəaliyyətsizliyini pisləyir. O yazır ki, BMT geniş yayılmış bu cinayətlərə görə böyük məsuliyyət daşıyır, çünki bu təşkilat onların qarşısını almaq üçün heç nə etmir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре