https://news.day.az/culture/712434.html Vyanada Azərbaycan MUĞAMI

Vyanada Azərbaycan MUĞAMI

Культура, 31 октября 2015 09:22 (UTC +04:00) 565
Vyanada Azərbaycan

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın görkəmli muğam ifaçısı, Xalq Artisti, Qran-Pri mükafatçısı Simarə İmanova Vyanada təşkil olunan "Salam.Orient" (Salam.Şərq) festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.

"Azərtac"-ın məlumatın görə, Vyananın mərkəzində yerləşən "Odeon" teatrında keçirilən konsertdən öncə festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix çıxış edib. O, rəhbərlik etdiyi festivalın proqramında Azərbaycan musiqisinin özünəməxsus yer tutduğunu bildirib. Qeyd edilib ki, uzun illərdən bəri festival çərçivəsində Azərbaycanın tanınmış musiqiçiləri avstriyalı musiqisevərlərin görüşünə gəlir və onlara Azərbaycanın zəngin musiqi sənəti, muğamı, xalq mahnıları ilə tanış olmaq, onlardan zövq almaq imkanı bəxş edirlər. N. Ehrlix konsertin ərsəyə gəlməsində göstərdiyi təşkilati dəstəyə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.

Simarə İmanova konsertdə muğamlar, təsniflər və xalq mahnıları ifa edib. Vətənpərvərlik mövzusunda qəzəl və şeirlərin yer aldığı musiqi parçaları tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb. İfaçını tarda Ramin Rzayev, kamançada Anar Yusubov, nağarada Ruhulla Dadaşov müşayiət ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости