https://news.day.az/economy/606313.html
Qubada turizm marşrutları artırılacaq
Son altı ay ərzində mərkəzin xidmətlərindən 2 min 797 turist yararlanıb ki, onların da 323-si əcnəbilərdir. Əcnəbi turistlərin əksəriyyətinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin kiçik bir hissəsini təşkil edir. Quba rayonuna gələn turistlərin ən çox səyahət etdiyi istiqamət Quba-Xınalıq turizm marşrutudur. Turist sıxlığına görə ikinci yeri isə Quba-Afurca turizm marşrutu tutur.
Qubada turizm marşrutları artırılacaq
Day.Az представляет новость на азербайджанском языке:
Son altı ay ərzində mərkəzin xidmətlərindən 2 min 797 turist yararlanıb ki, onların da 323-si əcnəbilərdir. Əcnəbi turistlərin əksəriyyətinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin kiçik bir hissəsini təşkil edir. Quba rayonuna gələn turistlərin ən çox səyahət etdiyi istiqamət Quba-Xınalıq turizm marşrutudur. Turist sıxlığına görə ikinci yeri isə Quba-Afurca turizm marşrutu tutur.
RTV (REGİON TV) xeber verir ki, ümumilikdə isə Qubaya il ərzində gələn turistlərin sayı 10 minlərlə ölçülür. Məhs buna görə də mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulub. Yeni marşrutlar, əsasən, Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре