Elnurun qalib olduğu müsabiqədə qalmaqal - VİDEO Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Atvxeber.az

"O səs Türkiyə"nin münsiflər heyəti dünən qalib olan Elnur HüseynovEbru Gündeşi təbrik etməyib.

Hətta verilişdən sonra Demet Akalından başqa heç kim pərdə arxasında onları ziyarət etməyib.

Nəticələr açıqlanandan sonra Gökhan çox əsəbiləşib və anında studiyanı tərk edib. Onun ardınca HadisəMazhar&Özkan da Ebrunu təbrik etmədən verilişdən çıxıb.

Bəzi tamaşaçılar və Elnurun rəqibləri sosial şəbəkələrdə Ebru Gündeşin Azərbaycana tez-tez gəldiyi üçün Elnurla dost olduğunu, buna görə də onu qalib etdiyini yazıblar. Türkiyənin səhər verilişlərindən birinin aparıcısı, "Ebru Gündeş öz komandasında yarışan Elnurla çox yaxşı işləyib və buna görə də o qalib olub. Təbrik etmək o qədər də çətin deyildi" - deyə qeyd edib.

Digər tərəfdən Elnur Hüseynovun ilk səhnəyə çıxdığı gündən etibarən onun qalib olacağına inandıqlarını dilə gətiriblər. Veriliş zamanı sırf azərbaycanlı olduğu üçün Elnur haqqında bu cür ifadələr səslənməsinin çox yanlış olduğuna da diqqət çəkilib.

Videonu izləmək üçün şəkilə klikləyin.

фото