https://news.day.az/showbiz/604936.html
Miri Yusif - Funda Arar mahnı davasında yeni qarışıqlıq
Day.Az представляет новость на азербайджанском языке:
Türkiyəli müğənni Funda Ararın ifa etdiyi "Bağışla" mahnısına görə bəstəkar MC Muradla müğənni Miri Yusif arasında qalmaqal səngimək bilmir.
Axşam.az-ın məlumatına görə, hər biri ayrı-ayrılıqda mahnının özlərinə aid olduğunu bildirən tərəflər ünvanlarına yeni ittihamlar səsləndiriblər. Mahnının ifası üçün MC Muraddan icazə alındığını söyləyən Fundanın açıqlamasından sonra ortaya bəzi məsələlər çıxıb. Belə ki, bəstəkar əri erməniəsilli olan F.Arara mahnı satmaqda günahlandırılır. Bununla bağlı MC Murad ittihamlara belə cavab verib:
"Funda Ararın ərinin erməniəsilli olduğunu yeni bilmişəm. Mən, ümumiyyətlə insanları rənglərə, irqlərə, dinlərə və millətlərə heç vaxt bölməmişəm. Çünki hər millətin, dinin, irqin yaxşı və pis nümayəndələri ola bilər. Yaşadığımız dünyada bu, danılmaz faktdır. O ki, qaldı mənim şəxsən Funda Arara mahnı satmağıma...
Funda Ararın ərinin erməniəsilli olduğunu araşdıranlar kaş ki, bu məsələni də dərindən öyrənib fikir bildirəydilər. Mən Türkiyədə uzun illərdir fəaliyyət göstərən DMC (Doğan Music Company) ilə əməkdaşlıq edirəm və satdığım mahnıların qonorarını DMC ödəyir. Daha sonra mahnını hansı mügənninin ifa edəcəyini onlar qərarlaşdırırlar və mən bu məsələyə qarışmıram. Mən çox gözəl başa düşürəm ki, hazırda qarşı tərəf əllərində olan böyük imkanlardan istifadə edib mənim təmiz adımı ləkələməyə cəhd göstərir. Mən isə bu mübarizəni tək aparıram və sona qədər də ədalətin bərpa olunmasını tələb edəcəyəm. Bu mənim son açıqlamamdır. Məhkəmədə görüşənədək!".
Qeyd edək ki, Miri Yusiflə MC Murad mətbuata açıqlamalarında "Bağışla" mahnısı üzərində müəlliflik hüququ qalmaqalını məhkəmə yolu ilə həll edəcəklərini bildirmişdilər.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре