Bakıda turist sayı çoxalıb - VİDEO
Day.Az представляет новость на азербайджанском языке:
Turistlərin daha çox diqqətini çəkən İçərişəhər Dövlət Qoruğu idi.
Birinci Avropa Oyunlarının keçirildiyi bir vaxtda paytaxt Bakıda turistlərin sayında kifayət qədər artım var. Şəhərin istənilən istirahət məkanında, iaşə obyektində, tarixi yerlərdə, alış-veriş mərkəzlərində ölkəmizə gələn qonaqları görmək mümkündür.
Anspress-in məlumatına görə, bu məqsədlə bütün mədəniyyət mərkəzləri və turizm obyektləri də gücləndirilmiş iş rejiminə keçib. Paytaxtda fəaliyyət göstərən muzey, qoruq və tarixi məkanlarda iş vaxtları gecə saat 00:00-a qədər uzadılıb. Bazar ertəsi istisna olmalqa teatrlarda hər gün tamaşalar nümayiş etdirilir.
Çoxunda tamaşalar ingilis dilində sinxron tərcümə ilə təqdim olunur.
Qeyd edək ki, ənənəvi "Qız qalası" Beynəlxalq İncəsənət Festivalının qeyd olunma tarixində də I Avropa Oyunları ilə əlaqədar dəyişiklik edilmişdi.
Şəhərimizin qonaqları da yaradılan bu şəraitdən məmnun görünürdü. Paytaxtda müşahidələr aparan zaman da bunun şahidi olduq. Turistlərin daha çox diqqətini çəkən İçərişəhər Dövlət Qoruğu idi.
Turistlər onlar üçün yaradılan şəraitlə yanaşı, qonaqpərvərliyimizə də heyran olduqlarını gizlətmədilər.
İstiarhət öz yerində, turistlərin vaxtlarını səmərəli keçirmələri də diqqətdən kənarda qalmır. Onlar üçün Azərbaycanın turizm məkanları ilə tanışlıq xarakteri daşıyan müxtəlif turlar da təşkil olunur.
Bir sözlə gələn qonaqlar bölgələrimizlə, burdakı adət-ənənələr və tarixi məkanlarla da yaxından tanış olmaq şansı əldə edirlər.
Videonu izləmək üçün şəkilə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

