SENSASİYA: Marsda qurumuş göllər tapıldı

Day.Az представляет новость на азербайджанском языке.

Milyardlarla il əvvəl Marsda böyük, sərin sulu göllər olub. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin araşdırmalarının nəticəsi belədir.

Milli.Az-ın NASA-nın saytına istinadən məlumatına görə, alimlər hazırda "Qırmızı planet"də olan "Curiosity" aparatından alınmış görüntüləri tədqiq edərək Marsda 3,8-3,3 milyard il əvvəl çaylar və göllər olduğunu deyiblər.

Buna Marsdakı Şarp dağının ətəklərindəki çöküntü süxurlarındakı göl izləri də dəlalət edir. Aparılan təhlillər həmin bölgədəki süxurların ən uzağı 500 milyon il əvvəl formalaşmağa başladığını göstərib.

"Görünür, Mars milyardlarla il əvvəl Yerə oxşayıb. İndi qarşımızda duran vəzifə Marsda indikindən daha mülayim iqlimin mövcudluq şərtlərini və suyun hara yoxa çıxdığını öyrənməkdir", - NASA-nın "Mars Exploration" proqramının elmi rəhbəri Maykl Meyer deyib.

NASA sentyabrın 28-də bəyanatla çıxış edərək Marsda duzlu su izlərinin olduğu çay məcralarının tapıldığını bildirmişdi.

Marsdakı çəkilişlər "Mars Reconnaissance Orbiter" (MRO) aparatındakı "High Resolution Imaging Science Experiment" (HiRISE)  avadanlığı vasitəsilə aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.