Ağstafada yol qəzası:xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке
Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Poylu stansiyasının yaxınlığında qeydə alınıb. Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində motosikletdə olan iki nəfər, 1989-cu il təvəllüdlü Niyaz İsmayılov və 2002-ci il təvəllüdlü Elçin Yolçuyev müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Day.Az представляет новость на азербайджанском языке
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре