Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb - FOTO
Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре