Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib.
Day.Az vakansiyaları təqdim edir:
Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri
İş barədə məlumat:
- Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;
- Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;
- müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki köməklik göstərir;
- semestr imtahanlarının keçirilməsində iştirak edir;
- Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;
- Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.
İş qrafiki : 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Namizədlərə aid tələblər:
• Profilə uyğun baza təhsili;
- Elmi dərəcə və elmi ad;
- 3 il elmi-pedaqoji staj;
- MS Office ( sərbəst işləmə bacarığı );
- Azərbaycan və rus dillərini bilməsi zəruridir.
Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.
Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər
İş barədə məlumat:
- ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;
- hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq;
- tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;
İş qrafiki : 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Namizədlərə aid tələblər:
• Ali təhsil (bakalavr və ya magistr)
• Yaş : 21 - 50
• MS Office ( sərbəst işləmə bacarığı );
- Azərbaycan və rus dillərini bilməsi zəruridir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре