“Mahir Emrelinin qol vura bilməməsinə görə sevinirik”

Polşa çempionatında "Legiya"ya 4:1 hesabı ilə qalib gələn "Pyast"ın baş məşqçisi Valdemar Fornalik Mahir Emreli barədə danışıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycan millisinin üzvünün qol şanslarından yararlana bilmədiyinə görə sevindiklərini bildirib:

"Yaxşı oyun oldu, çoxlu qol epizodu yarandı. Lakin şanslı olduğumuzu gizlətməməliyik. Mahir Emrelinin qol vura bilməməsinə görə sevinirik".