Mixail Mişustin Əli Əsədova zəng etdi

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova zəng edib.

Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.