https://news.day.az/azerinews/1752486.html Bu ay Günəşdə ilk güclü partlayış baş verib Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb. Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. "Günəşdə hazırda X səviyyəli partlayış qeydə alınır. İlkin bal X1.2 təşkil edir.

Bu ay Günəşdə ilk güclü partlayış baş verib

Azərbaycanca, 13 мая 2025 23:54 (UTC +04:00) 417
Bu ay Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.

Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

"Günəşdə hazırda X səviyyəli partlayış qeydə alınır. İlkin bal X1.2 təşkil edir. Bu, təxminən 1,5 aylıq fasilədən sonra bu sinifin ilk hadisəsidir", - deyə bildirilib.

Alimlərin fikrincə, partlayış Günəşin qərb kənarında, onun kənarından qismən aralıda baş verib və buna görə də Yer üçün təhlükə yaratmır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости