https://news.day.az/azerinews/1757551.html Rusiyada zavodda güclü partlayış - VİDEO Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güclü yanğın başlayıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yanğın nəticəsində 5 avtomobil tamamilə yanıb, alov metal anbarı bürüyüb. "Lenoblpozhspas" Dövlət Müəssisəsinin verdiyi məlumata görə, yanğın zamanı yaxınlıqdakı iki digər anbar üçün də təhlükə yaranıb.

Rusiyada zavodda güclü partlayış - VİDEO

Azərbaycanca, 2 июня 2025 17:06 (UTC +04:00) 450
Rusiyada zavodda güclü partlayış

Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güclü yanğın başlayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yanğın nəticəsində 5 avtomobil tamamilə yanıb, alov metal anbarı bürüyüb.

"Lenoblpozhspas" Dövlət Müəssisəsinin verdiyi məlumata görə, yanğın zamanı yaxınlıqdakı iki digər anbar üçün də təhlükə yaranıb. Hadisə yerinə gələn xilasedicilər yanğının ikinci dərəcəli təhlükə səviyyəsində olduğunu bildiriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda təxminən 800 kvadratmetr sahə yanır. Alovun söndürülməsi üçün 40 xilasedici və 10 yanğınsöndürən texnika cəlb olunub.

Yanğın təxminən bir saat əvvəl başlayıb və zavodun ərazisindən qalxan qalın qara tüstü şəhərin bir çox hissəsindən müşahidə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости