https://news.day.az/azerinews/1771673.html Günəşdə çoxsaylı partlayışlar olub - VİDEO Son bir neçə gün ərzində Günəşdə 10-dan çox partlayış qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş-Yer fizikikası institutu və Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Günəşdə çoxsaylı partlayışlar olub - VİDEO

Azərbaycanca, 2 августа 2025 14:13 (UTC +04:00) 433
Günəşdə çoxsaylı partlayışlar olub

Son bir neçə gün ərzində Günəşdə 10-dan çox partlayış qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş-Yer fizikikası institutu və Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, GOES rentgen monitorları vasitəsilə avqustun 1-də 15 günəş partlayışı qeydə alınıb, bir gün əvvəl isə onların sayı altı olub.

 

Rusiya Elmlər Akademiyasının laboratoriyasının məlumatına görə, partlayışların böyük hissəsi "4167 saylı yeni aktiv sahədə yaranıb, burada onunla birlikdə əmələ gəlmiş enerji sərf olunub", qalanları isə Günəşin diskində nisbətən bərabər şəkildə səpələnib.

Alimlərin qiymətləndirməsinə görə, hazırda "partlayış aktivliyi sabitləşmə əlamətləri göstərir", bundan əlavə, günəş ləkələrinin artımı da dayanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости