https://news.day.az/azerinews/1780035.html Bakıda 2 uşaq küçədə gecələdi - VİDEO Xətai rayonunda "Həzi Aslanov" metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

Bakıda 2 uşaq küçədə gecələdi - VİDEO

Azərbaycanca, 12 сентября 2025 15:22 (UTC +04:00) 413
Bakıda 2 uşaq küçədə gecələdi

Xətai rayonunda "Həzi Aslanov" metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib. 

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, "Həzi Aslanov" metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

"Tədbirlər nəticəsində həmin azyaşlılardan biri - 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir", - rəsmi məlumatda vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости