https://news.day.az/azerinews/1809761.html
Xocalı sakinləri Goranboyda qəzaya düşdü - 3 yaralı - FOTO
Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Xocalı sakinləri Goranboyda qəzaya düşdü - 3 yaralı - FOTO
Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü, Xocalı rayon sakini 1998-ci il təvəllüdlü Fərid Əliyev, eləcə də maşında olan sərnişinlər - 1971-ci il təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре