Bakıda Mikromaliyyə Forumu keçirilir - FOTO
Bakıda "Kapital bazarlarına çıxış: 1-ci İnvestor - Mikromaliyyə Forumu" keçirilir.
Day.Az xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kapital Bazarları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirin əsas məqsədi kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaratmaq, mikromaliyyə sektorunda investisiya imkanlarını investorlar üçün təqdim etməkdir. Forum çərçivəsində regionlarda fəaliyyət göstərən BOKT-lər maliyyə göstəricilərini, biznes modellərini və investisiya təkliflərini potensial investorlarla bölüşəcəklər.
Forumda Mərkəzi Bank və digər tənzimləyici qurumların nümayəndələrinin iştirakı sektorda mövcud investisiya mühiti, tənzimləyici çərçivə və əsas çağırışların açıq müzakirəsinə imkan yaradacaq. Tədbir investorlarla BOKT-lər arasında əməkdaşlığın gücləndirilməsi və konkret investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре