Qarpızda nitrat olub-olmadığını necə yoxlamaq olar?

Mütəxəssislərin fikrincə, qarpızda artıq nitratların olub-olmadığını ev şəraitində tam dəqiq müəyyən etmək çətindir, lakin sadə sınaqlarla şübhəli halları aşkar etmək mümkündür.

Day.Az xəbər verir ki, ən çox istifadə olunan üsullardan biri su testidir.

Bu testdə qarpızın bir parçası suya salınır: əgər su yalnız bulanırsa bu normal sayılır, amma suyun çəhrayı və ya qırmızı rəng alması şübhəli əlamət ola bilər. Digər üsul isə yod testidir - qarpızın üzərinə bir damcı yod töküldükdə rəngin mavi çalara dönməsi nitratların ola biləcəyinə işarə edə bilər.

Bununla belə, mütəxəssislər bildirirlər ki, bu üsullar 100% etibarlı deyil və ən düzgün yol xüsusi nitrat ölçən cihazlardan istifadə etməkdir. Təhlükəsizlik üçün qarpızın təbii görünüşünə, liflərinin rənginə və ümumi keyfiyyətinə diqqət yetirmək, həmçinin sertifikatlı satış yerlərindən almaq tövsiyə olunur.