Xiyarın sağlamlığa əsas faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən olan xiyar tərkibinin 95-97 faizinin sudan ibarət olması ilə orqanizmin maye balansını qorumağa kömək edir və isti havalarda susuzlaşma riskini azaldır. O, C, K və B qrupu vitaminləri, həmçinin kalium və maqneziumla zəngindir.

Day.Az xəbər verir ki, xiyar həzm sisteminin fəaliyyətini dəstəkləyir, bağırsaqların işini yaxşılaşdırır və sidikqovucu təsiri sayəsində artıq mayenin orqanizmdən xaric olunmasına kömək edir.

Antioksidant tərkibi dərinin nəmlənməsini və elastikliyini qorumağa da dəstək verir.

Aşağı kalorili olması səbəbindən xiyar arıqlamaq istəyənlərin qidalanmasında geniş yer tutur. Mütəxəssislər onun müntəzəm istehlakını faydalı hesab etsələr də, mədə turşuluğu və həzm sistemi problemi olan şəxslərə ehtiyatlı olmaları tövsiyə edilir.