https://news.day.az/azerinews/1846020.html
Lənkəranda açıq ərazidə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində yol kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Lənkəranda açıq ərazidə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində yol kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре