https://news.day.az/azerinews/1846104.html Trek velosipedi üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyalı üzrə Avropa çempionatı keçiriləcək.

Trek velosipedi üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

Azərbaycanca, 5 июля 2026 18:16 (UTC +04:00) 337
Trek velosipedi üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyalı üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, 6 gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 idmançımız çıxış edəcək.

Əsas diqqətçəkən məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır. Belə ki, Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.

Digər idmançılara gəlincə, U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости