https://news.day.az/azerinews/1846131.html Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb - VİDEO

Azərbaycanca, 5 июля 2026 21:17 (UTC +04:00) 363
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости